https://525.az/img/pics/medium/2025-04/350913_mjq3xcld9z.jpg "Çernobıldan qayıdandan sonra normal həyata adaptasiya ola bilmirdim"
https://525.az/img/pics/medium/2025-04/350841_yzhvhd029d.jpg “525-ci qəzet”in 26 aprel sayında nələr var? - ` ANONS
https://525.az/img/pics/medium/2025-04/350701_3nacjjnwd5.jpg Şəxsi və ictimai inkişafa xidmət edən müsabiqə - "Yüksəliş"
https://525.az/img/pics/medium/2022-06/229548_4az6e84pj9.jpg Ticarət müharibəsi və bazar rəqabəti - Tel­man Oru­cov yazır
search
26 Aprel 2025
25 Aprel 2025

Azərbaycan Premyer Liqasında XXXI tura yekun vurulub

Azərbaycan Premyer Liqasında XXXI tura yekun vurulub

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXXI turun görüşlərinə yekun vurulub.

525.az xəbər verir ki, son oyun günü "Araz Naxçıvan" "Səbail"i qəbul edib.

"Liv Bona Dea" arenada keçirilən matçda qonaqlar 2:0 hesablı qələbəyə sevinib. Bakılıların heyətində 32-ci dəqiqədə Aleksandr Ramanlinqom penalti zərbəsini dəqiq yerinə yetirib. 75-ci dəqiqədə isə Yusif Nəbiyev paytaxt klubunun üstünlüyünü 2 topa çatdırıb.

Bu nəticənin ardından Şahin Diniyevin komandası xal ehtiyatını 42-yə çatdırmaqla, altıncı pillədə qərarlaşan "Turan Tovuz"un turnir cədvəlindəki mövqeyinə şərik olub.

Naxçıvan klubu isə 32 xalla səkkizinci pillədə qalıb.

Qeyd edək ki, turun digər görüşlərində bu nəticələr qeydə alınıb: "Turan Tovuz" - "Sumqayıt" - 1:4, "Qarabağ" - "Qəbələ" - 2:2, "Zirə" - "Neftçi" - 3:1, "Kəpəz" - "Sabah" - 1:2.

Bölmənin digər xəbərləri
© 2012-2025 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.