"Azərbaycanla Macarıstan arasında ticarət dövriyyəsi 40 faiz artıb".
525.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Macarıstanın xarici işlər və beynəlxalq ticarət naziri Peter Siyarto ilə görüşü zamanı deyib.
O qeyd edib ki, ölkələrarası strateji əlaqələr var və bu əlaqələrin inkişafı üçün hər iki ölkənin strateji baxışı var.
Sahil Babayev əlavə edib ki, ümumilikdə hökumətlərarası komissiyaların fəaliyyətinin nəticələri müsbətdir.