Ümumdünya Ticarət Təşkilatının (ÜTT) baş direktoru Nqozi Okonyo-İveala ilə görüşdə Azərbaycanın təşkilata üzvlük prosesi müzakirə edilib.
525.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "X" sosial şəbəkə hesabında bildirib.
"Azərbaycan və ÜTT arasında əlaqələrin inkişaf perspektivləri, ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi istiqamətində aparılan işlər, regional və qlobal tərəfdaşlarla qurulmuş sıx ticarət əlaqələri və investisiyaların aktiv təşviqi barədə danışdıq. COP29 çərçivəsində tərəfdaşlıq imkanlarını nəzərdən keçirdik", - deyə nazir qeyd edib