Birinci Qarabağ müharibəsində itkin düşdüyü ehtimal olunan, 31 il sonra dəfn olunduğu yer və kimliyi müəyyən edilən İdris Osman oğlu Baxışovun cəsədinin qalıqları ailəsinə təhvil verilib.
Şəhidlə doğulub boya-başa çatdığı Quba rayonunun Qənidərə kəndində vida mərasimi keçirilib.
Mərasimdə kənd sakinləri, şəhidin ailə üzvləri, rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Şəhid İdris Baxişovun nəşi Qənidərə kənd qəbiristanlığında torpağa tapşırılıb.
Qeyd edək ki, İdris Baxışov 1993-cü ildə Kəlbəcərdə itkin düşüb. (APA)