Avropa İttifaqı (Aİ) Rusiyaya və Yaxın Şərq və Qırmızı dənizdəki silahlı qruplaşmalara hərbi dəstək verdiyi üçün İrana qarşı tətbiq etdiyi sanksiyaları bir il müddətinə uzadıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Aİ Şurasından edilən yazılı açıqlamada, Rusiyaya və Yaxın Şərq və Qırmızı dənizdəki silahlı qruplara verdiyi hərbi dəstək səbəbiylə mayın 14-də başladılan sanksiyaların müddətinin 1 il uzadıldığı açıqlanıb.
Açıqlamada bildirilib ki, müddətin uzadılması qərarına ildə bir dəfə yenidən baxılacaq.
Sözügedən sanksiya rejimi çərçivəsində 12 şəxs və 9 təşkilat siyahıya alınıb.
Qeyd edək ki, Aİ-nin sanksiya rejiminə aktivlərin dondurulması, siyahıda adı çəkilən şəxslər və təşkilatlardan birbaşa və ya dolayı iqtisadi faydaların verilməsinə qadağa qoyulması və Aİ-yə səyahətin qadağan edilməsi daxildir.
Malik Atilay