
Bolqarıstanın 5 regionunda yüksək temperaturla əlaqədar “qırmızı” kateqoriya xəbərdarlığı edilib.
525.az xarici mediaya istinadən xəbər verir ki, Bolqarıstan Xəbər Agentliyinin (BTA) xəbərinə görə, Bolqarıstan Meteorologiya və Hidrologiya İnstitutu Blaqoevqrad, Pleven, Veliko Tırnovo və Ruse bölgələrində "qırmızı" kateqoriyalı temperatur xəbərdarlığı, qalanları üçün isə "narıncı" kateqoriyalı temperatur xəbərdarlığı edib.
Bildirilib ki, gün ərzində temperaturun 37-42 dərəcə arasında dəyişdiyi ölkə ərazisində “qırmızı” kateqoriyaya sabahdan ölkənin digər rayonları da daxil olacaq.
Avtomobil Yolları İnfrastruktur Agentliyindən verilən məlumata görə, sabah temperaturun 35 dərəcədən yuxarı qalxacağı gözlənilən Bolqarıstanda 10 bölgədə 20 tondan çox yük maşınlarının yollarda hərəkəti qadağan edilib.
Malik Atilay



