İraqın paytaxtı Bağdadın ən işlək bazarlarından biri olan Şorca bazarında səbəbi məlum olmayan yanğın nəticəsində bir çox iş yeri və anbara ziyan dəyib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Bağdadın mərkəzindəki tarixi bazarda baş verən yanğını söndürmək üçün əraziyə çoxlu sayda yanğınsöndürən maşın gəlib.
Bağdad valisi Abdulmuttalib Alevi də hadisə yerinə baxış keçirərək yanğının söndürüldüyünü açıqlayıb.
Bölgədə yüksək səviyyəli təhlükəsizlik tədbirləri görülsə də, İraq rəsmiləri hələlik yanğının səbəbi ilə bağlı açıqlama verməyib.
Qeyd edək ki, Şorca bazarı bir çox vilayətdən, eləcə də İraqın paytaxtı Bağdaddan olan vətəndaşların gündüzlər üz tutduqları yerlər arasındadır. Bazarda bir çox sektordan, xüsusilə qida, tekstil və bir çox digər sektorlardan topdan satıcılar və tacirlər var.
Malik Atilay