“Tayvan müdafiə dəstəyi üçün ABŞ-a pul ödəməlidir”.
525.az xəbər verir ki, bunu ABŞ prezidentliyinə respublikaçıların namizədi, sabiq dövlət başçısı Donald Tramp Bloomberg-ə müsahibəsində deyib.
Onun sözlərinə görə, Taypey Vaşinqtonun köməyi müqabilində heç nə vermir.
“Düşünürəm ki, Tayvan müdafiə üçün bizə pul ödəməlidir. Belə görünür ki, ABŞ-ın sığorta şirkətindən heç bir fərqi yoxdur. Yardımımız müqabilində bizə heç nə vermirlər”, - Tramp əlavə edib.
Pərvanə Sultanova