Rusiyada bir şirkətin Ukraynada vurulacaq F-15 və F-16 döyüş təyyarələri üçün 15 milyon rubl (təxminən 170 min dollar) mükafat verəcəyi bildirilib.
525.az xarici mediaya istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada bu gün keçirilən mərasimdə Ukraynadakı qarşıdurmalarda məhv edilən bəzi Leopard və Abrams tanklarına görə pul mükafatlarının verildiyi bildirilib.
Döyüş təyyarələri üçün də oxşar mükafatlar təqdim etməyə qərar verdiklərini ifadə edən Potanin: "F-15 və F-16 döyüş təyyarələrinin məhv edilməsi üçün də təşviqlər veriləcək. İlk məhv edilənlərin mükafatı 15 milyon rubl olacaq", - deyib.
ABŞ-nin müdafiə naziri Lloyd Austin iyulun 10-da verdiyi açıqlamada, ABŞ, Hollandiya və Danimarkanın da olduğu koalisiyanın Ukraynaya F-16 döyüş təyyarələri təmin etmək üçün çalışdığını bildirərək: “F-16-ların təhvil verilməsi davam edir", - deyib
Malik Atilay