NATO baş katibinin hərbi siyasət üzrə keçmiş müavini Patrik Törner Şimali Atlantika Alyansının Ukraynadakı nümayəndəsi təyin edilib.
525.az Alyansın rəsmi saytına istinadən xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq bildirib.
“Patrik Törner baş katibin NATO-nun Ukraynadakı əsas nümayəndəsi təyin olunub. O, Kiyevdəki vəzifəsinin icrasına 2024-cü ilin sentyabrında başlayacaq”, - məlumatda deyilir.
Pərvanə Sultanova