|
|
|
|
ABŞ Dövlət Departamenti İordan çayının qərb sahilində baş verən hadisələrə görə İsrail ordusunun hərbçisinə qarşı sanksiya tətbiq edib.
525.az-a “Report”-a istinadən xəbər verir ki, bu barədə Dövlət Departamenti məlumat yayıb.
Ordunun çavuşu Elor Azariyaya qarşı sanksiyaların səbəbi “insan haqlarının kobud şəkildə pozulması, o cümlədən qətllər olub”.
Azariyaya qarşı sanksiyalarla eyni vaxtda ABŞ İordan çayının qərb sahilində “sülh, təhlükəsizlik və sabitliyin pozulmasında” iştirakda ittiham olunan bir qrup şəxsə məhdudiyyətlər tətbiq edib.