
Avropanın daha 35 ölkəsinin vətəndaşları Belarusa vizasız gedə biləcəklər.
525.az bu ölkənin mediasına istinadən xəbər verir ki, qanun iyulun 19-dan qüvvəyə minəcək.
Bu ölkələrdən gələn müsafirlərə vizasız 30 gün ərzində ölkə ərazisində qalmaq olar.
Qeyd edək ki, sənədə görə onlar Belarus ərazisindən tranzit ölkə kimi istifadə edərək digər dövlətlərin, o cümlədən Rusiyanın ərazisinə keçə bilərlər.
L.Tağıyeva



