Cənubi Koreyanın paytaxtı Seul bölgəsinə leysan yağışlar yağıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, güclü yağışlar üzündən bir sıra yaşayış məhəllələri və magistral yolları su basıb.
Təkcə Pxanmunçjom şəhərinə yağış suyunun səviyyəsi 340 mm olub. Bu rəqəm Namyançjuda 202, Sinqokda 104 mm təşkil edib.
Paytaxt Seulda da vəziyyət ürəkaçan deyil. Şəhərin bəzi hissələri su altında qaldığından nəqliyyatın hərəkəti tamamilə dayanıb, insanlar təhlükəsizlik yerlərə təxliyə edilib.
Yeri gəlmişkən, yerli hakimiyyət orqanları əhalini diqqətli olmağa çağırıb. Məsələ burasındadır ki, onlar Şimali Koreya ilə sərhəddə basdırılmış piyada əleyhinə minaların sel suları vasitəsilə yaşayış məntəqələrində peyda olmasından ehtiyatlanırlar.
L.Tağıyeva