İtaliyanın cənubundakı Matera şəhəri yaxınlığındakı kolluq ərazidə yanğını söndürmək üçün müdaxilə edən qruplardan 2 yanğınsöndürən həyatını itirib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, İtaliya yanğınsöndürmə briqadası (Vigili del Fuoco) bu barədə öz səhifəsində paylaşıb.
Nova Siri şəhərinin meri Antonello Mele mətbuata verdiyi açıqlamada: "Evi təhlükədə və çətin vəziyyətdə olan bir ailəni xilas etməyə çalışırdılar, ancaq uçurumdan yıxılaraq alovlar içində qaldılar", - deyib.
Prezident Sergio Mattarella, Senat sədri İqnazio La Russa və Baş nazir Giorgia Meloni də daxil olmaqla bir çox İtaliyanın nüfuzlu şəxsləri həyatını itirən yanğınsöndürənlər üçün başsağlığı verib.
Afrikadan qaynaqlanan istilərin son günlər sıx təsir etdiyi ölkədə paytaxt Roma ətrafı da daxil olmaqla müəyyən nöqtələrdə baş verən meşə yanğınlarının söndürülməsi üçün hava və quru müdaxiləsi aparılır.
Qeyd edək ki, ölkədə ötən həftədən bəri davam edən həddindən artıq istilərin təsiri nəticəsində 4 nəfər ölüb.
Malik Atilay