
İtaliyada şiddətli fırtınalar və yağışlar şimaldakı Emiliya-Romanya bölgəsində sel və daşqınlara səbəb olub, mindən çox insan evlərindən təxliyə edilib.
525.az “TRT HABER”ə istinadən xəbər verir ki, Mərkəzi Avropada can və mal itkisinə səbəb olan "Boris" fırtınası İtaliyanın şimalındakı bölgələrdən biri olan Emiliya-Romanyada da öz təsirini göstərməyə başlayıb. İtaliyanın ANSA agentliyinin xəbərində dünən başlayan və gecə boyu davam edən yağışların Senio, Marzeno və Lamone kimi bölgədən keçən bəzi çay və dərələrdə daşqınlara səbəb olduğu bildirilib.
Qeyd edək ki, 2023-cü ilin mayında eyni bölgədə baş verən daşqınlarda ən azı 15 nəfər həyatını itirib.
Ləman İlkin



