
Rheinmetall şirkəti NATO-nun ən müasir tankı sayılan yeni “Challenger 3”ü təqdim edib.
525.az xəbər verir ki, bu barədə “Defence News” məlumat yayıb.
“Ajax döyüş maşınları və Boxer piyada maşınları ilə birlikdə “Challenger 3” ordunun 2030-cu ildən sonrakı dövr üçün Böyük Britaniya Silahlı Qüvvələrinin modernləşdirilməsinə yönəlmiş “Future Soldier” konsepsiyasının əsasını təşkil edəcək”, - nəşr yazıb.
Qeyd olunub ki, Rheinmetall BAE Systems Land (RBSL) birgə müəssisəsinin zavodunda artıq iki “Challenger 3” prototipi istehsal edilib, daha altısının yaxın aylarda hazırlanması planlaşdırılır.
Pərvanə Sultanova



