
ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Donald Tramp seçkilərdə qalib gələrsə, Rusiyaya münasibətlərin normallaşdırılması üçün məqbul şərtlər təklif edə bilər, lakin Çinlə təmaslarda sərt güzəştlər tələb edəcək.
525.az xəbər verir ki, bu barədə politoloq, amerikaşünas Malek Dudakov deyib.
Oun sözlərinə görə, bu, Trampın mövqeyi ilə onun rəqibi olan vitse-prezident, Demokratlar Partiyasından Kamala Harris arasındakı fərqdir.
Ekspertin fikrincə, namizədlərdən hansı biri qalib gəlsə, Ukrayna münaqişəsi ABŞ üçün daha az prioritet olacaq: “Onlar bu gündəmə o qədər də dərindən qarışmırlar, Ukrayna ilə uzunmüddətli əlaqələri yoxdur. Amma Harris daha çox atlantik siyasət yürüdəcək, baxmayaraq ki, o, Ukraynaya dəstəyin böyük hissəsini avropalılara yönəltməyə çalışacaq”.
Politoloq hesab edir ki, Yaxın Şərq böhranının həlli və Çinlə qarşıdurma hər iki namizəd üçün Ukrayna münaqişəsindən qat-qat vacibdir: “Hazırda Harrislə hər hansı danışıq olmaya bilər. Lakin Kiyevin uğursuzluqları fonunda prezidentliyə namizədin komandası Rusiyaya bir növ normallaşma və bərpa təklif edə bilər”.
Pərvanə Sultanova



