
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Milli Təhlükəsizlik Komitəsi (MTK) yanında Xarici Kəşfiyyat Xidmətinə yeni direktor təyin edib.
525.az “Report”-a istinadən xəbər verir ki, bu barədə Akorda (Prezident Administrasiyası) məlumat yayıb.
Məlumata görə, Tokayev Milli Təhlükəsizlik Komitəsi sədrinə iki müavin də təyin edib - Marat Jumabayev və Almas Naymantayev.
M.Jumabayev eyni zamanda Qazaxıstan Xarici Kəşfiyyat Xidmətinin direktoru vəzifəsinə də təyin edilib.



