
Demokratlar partiyasından ABŞ prezidentliyinə namizəd olan Kamala Harris gündəlik seçki kampaniyasına əsas rəqibi, respublikaçıların namizədi Donald Trampdan təxminən 5 milyon dollar çox xərcləyir.
525.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Agentliyin yazdığına görə, avqust ayında Harris gündəlik 7.5 milyon dollar, Tramp isə 2.6 mln dollar xərcləyib.
“Bloomberg”in araşdırmasında o da qeyd olunur ki, donorların ianələri demokratların namizədinə Trampa qarşı “hücuma keçməyə” imkan yaradıb.
ABŞ Federal Seçki Komissiyasının məlumatına görə isə, sentyabr ayında Kamala Harrisin seçki kampaniyasına 404 milyon dollar, Donald Trampın seçki kampaniyasına isə 295 milyon dollarla daxil olub.
Xatırladaq ki, ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək.
İbrahim Cəfərov



