
Nyu-Yorkda gecədən xeyli keçmiş boş metro qatarına soxulan cütlük gəzintiyə çıxmaq qərarına gəlib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, lokomotivi işə salan oğlan onu hərəkətə gətirib.
Amma gəzinti uzun çəkməyib. Qatar yolda hərəkətsiz olan digər qatarla toqquşub. Bütün baş verənlər təhlükəsizlik kameraları vasitəsilə qeydə alınıb.
Qeyd edək ki, qəzadan sonra ərazini tərk edən xuliqanların axtarışına başlanılıb. Çox keçmədən qız saxlanılıb. Onun 17 yaşı var. Oğlanın axtarışları isə hələ davam edir.
L.Tağıyeva



