
ATƏT-in Minsk Qrupu 30 il ərzində Cənubi Qafqazda sülhün əldə olunması istiqamətində heç nə etmədi.
525.az “Report”-a istinadən xəbər verir ki, bunu Rusiyada səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Rusiya Xarici İşlər Nazirliyindəki diplomatiya akademiyasında çıxışı zamanı deyib.
O bildirib ki, Ankara Cənubi Qafqazda sülhün bərpasında maraqlıdır: “Ümid edirik ki, Azərbaycan və Ermənistan arasında sülh sazişi imzalanacaq”.



