
Braziliya prezidenti Lula da Silva BMT Baş Assambleyasının kuluarlarında münaqişəyə son qoymaq üçün Rusiya və Ukrayna arasında dialoqun bərpasına çağırıb.
525.az xarici mətbuata istinadən xəbər verir ki, o, sülhün bərqərar olması üçün bunun həlledici olduğunu deyib.
Prezident vurğulayıb ki, müvafiq siqnal Braziliya və Çinin sülh prosesinə başlamaq üçün təklif etdiyi saziş layihələrində var.
Bundan əvvəl Lula da Silva bildirib ki, Ukrayna xüsusi əməliyyat başlamazdan əvvəl Rusiya ilə münaqişəni həll etmək üçün Braziliya ilə qarşılıqlı əlaqədə olmalı idi, çünki bu gün ölkə rəhbərliyi Ukraynanın tərəfini tutmaq niyyətində deyil və danışıqların mümkün qədər tez başlamasında təkid edəcək.
Pərvanə Sultanova



