
Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasında çıxışı zamanı ABŞ prezidenti Co Bayden 40 yaşında göründüyünə dair zarafat edib.
525.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
“Bu, mənim BMT Baş Assambleyasında son çıxışım olacaq. Mən tarixin əlamətdar bir dövrünü gördüm. Mən ilk dəfə 1972-ci ildə Senata seçildim. Bilirəm, 40 yaşım var, mən bunu bilirəm”, – deyə 81 yaşlı Amerika prezidenti bildirib.
Bayden BMT Baş Assambleyasında ABŞ prezidenti kimi son çıxışını əməkdaşlığa çağırışla bitirib. Sentyabrın 10-da Nyu-Yorkda Birləşmiş Millətlər
Təşkilatı Baş Assambleyasının 79-cu sessiyası işə başlayıb. Sessiya sentyabrın 30-dək davam edəcək.
Pərvanə Sultanova



