
Sverdlovsk vilayətində deputat piyadanın xəsarət alması ilə nəticələnən qəza törədib.
525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, 3 gün əvvəl Kuşva şəhər Dumasının deputatı Mixail Potapov idarə etdiyi avtomobillə piyadalar üçün nəzərdə tutulan keçiddə şəhər sakinlərindən birini vurub.
Hadisədən sonra piyadaya kömək etmək əvəzinə ərazini tərk edib. Qadın hər iki ayağının sınığı ilə xəstəxanaya yerləşdirilib.
Potapov isə saxlanılıb. Onun avtomobili içkili halda idarə etdiyi iddia olunur.
Deputat ona qarşı səsləndirilən ittihamları rədd edib. O, piyadanı vurduğunu hiss etmədiyini, içkini isə hadisədən sonra evdə qəbul etdiyini bildirib.
Qeyd edək ki, törətdiyi hadisəyə görə deputatı cərimə və ya 2 illik sürücülük hüququndan məhrumetmə gözləyir.
L.Tağıyeva



