https://525.az/img/pics/medium/2026-07/396495_mmkkg3ltfk.jpg Qayıdış ideologiyasının ziyalı imzası
https://525.az/img/pics/medium/2026-07/396519_ofgrkfw4gb.jpg Müəllimlərin işə qəbulu müsabiqəsinin ödəniş sistemi aktivləşib
https://525.az/img/pics/medium/2026-07/396486_ec5u3903ar.jpg Hörmüz boğazı: qlobal “neft damarı”nda ABŞ-İran qarşıdurması
https://525.az/img/pics/medium/2026-07/396483_jlhv3bi9t4.jpg Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələr yeni müstəvidə
search
7 İyul 2026
6 İyul 2026

San-Marino üçün daha bir tarixi imkan

San-Marino üçün daha bir tarixi imkan

UEFA Millətlər Liqasında Lixtenşteyni 3:1 hesabı ilə məğlub edən və C Liqasına yüksələrək tarixi uğura imza atan San-Marino millisi indi də dünya çempionatında iştirak etməyin planlarını qurur.

QOL.az xəbər verir ki, komandanın mundialın final mərhələsində iştirak etmək imkanı yaranıb.

Millətlər Liqasında öz qrupunda 7 xallla 1-ci olan "cırtdanlar"ın az da olsa DÇ-2026-nın final mərhələsində oynamaq şansı var. 

Bunun üçün Millətlər Liqasının 14 qrup qalibindən 10-nun 2025-ci ilin martında başlayacaq seçmə turnir vasitəsilə birbaşa dünya çempionatına vəsiqə qazanması lazımdır.

Bu komandalar İspaniya, Almaniya, Portuqaliya, Fransa, İngiltərə, Norveç, Uels, Çexiya, Rumıniya və İsveçdir. Sözügedən millilər püşkatma zamanı birinci və ikinci səbətlərə bölünəcək ki, bu da onların birbaşa seçim yolu ilə dünya çempionatına vəsiqə qazanmasını asanlaşdırır.

Əgər yuxarıda göstərilən komandaların hamısı DÇ-2026-ya birbaşa vəsiqə qazanarsa, o zaman 36 min əhalisi olan San-Marinonun millisi Millətlər Liqası qruplarının digər qalibləri - Şimali Makedoniya, Şimali İrlandiya və Moldova ilə pley-off yolu ilə dünya çempionatına vəsiqə uğrunda mübarizə apara biləcək. Pley-off oyunları 2026-cı ilin mart ayının sonunda keçiriləcək.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.