|
|
|
|
Ukrayna prezidenti Vladimir Zelinski yeni qanun layihəsini imzalayıb.
525.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, qanun layihəsinə görə, hərbi hissələri özbaşına tərk edənlər yenidən hərbi xidmətə qayıtmaq şərtilə cəzadan azad edilir.
Üstəlik, onlara hərbçilər üçün nəzərdə tutulan bütün müavinət və güzəştlər yenidən şamil olunacaq.
Qeyd edək ki, Ukrayna ordusunda fərarilik halları çoxdur. Bununla bağlı dəfələrlə Ali Radanın deputatları, mətbuat və hərbi ekspertlər açıqlama veriblər. Qeyri-rəsmi məlumatlara görə, Ukraynada 100-200 min hərbçi ordudan yayınmaqda ittiham olunur.
L.Tağıyeva