https://525.az/img/pics/medium/2026-07/396495_mmkkg3ltfk.jpg Qayıdış ideologiyasının ziyalı imzası
https://525.az/img/pics/medium/2026-07/396519_ofgrkfw4gb.jpg Müəllimlərin işə qəbulu müsabiqəsinin ödəniş sistemi aktivləşib
https://525.az/img/pics/medium/2026-07/396486_ec5u3903ar.jpg Hörmüz boğazı: qlobal “neft damarı”nda ABŞ-İran qarşıdurması
https://525.az/img/pics/medium/2026-07/396483_jlhv3bi9t4.jpg Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələr yeni müstəvidə
search
6 İyul 2026

Leo Ortis: “Juninyo çox tanınmır, lakin…”

Leo Ortis: “Juninyo çox tanınmır, lakin…”

"Flamenqo"nun futbolçusu Leo Ortis "Qarabağ"ın hücumçusu Olaviyo Juninyonun komandalarına gözlənilən keçidi haqda danışıb. 

QOL.az “Mundo Bola”ya istinadən xəbər verir ki, 29 yaşlı braziliyalı müdafiəçi ABŞ-da təlim-məşq toplanışı çərçivəsində bu gün keçirilən mətbuat konfransında etiraf edib ki, Juninyonun oyunu ilə tanış deyil idi: 

"Onu elə də yaxşı tanımırdım. Əlbəttə, bir neçə videosuna və oyunlarına baxdım. O, çox keyfiyyətli oyunçudur. Adı çox da tanınmır, lakin "Flamenqo" və onların etdikləri bazar təhlilini nəzərə alsaq, bu, bizə kömək edəcək. Gəlsə, çox köməyi dəyəcək. Çünki hücum mövqeyi Pedronun zədəsi və Qabinin ("Kruzeyro"ya transfer olunub - red.) klubu tərk etməsinə görə boşdur". 

Qeyd olunur ki, hazırda "Flamenqo" yanvarın 20-nə qədər davam edəcək ABŞ-da təşkil etdiyi təlim-məşq toplanışını hücumçusuz keçirir.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.