https://525.az/img/pics/medium/2026-07/396495_mmkkg3ltfk.jpg Qayıdış ideologiyasının ziyalı imzası
https://525.az/img/pics/medium/2026-07/396519_ofgrkfw4gb.jpg Müəllimlərin işə qəbulu müsabiqəsinin ödəniş sistemi aktivləşib
https://525.az/img/pics/medium/2026-07/396486_ec5u3903ar.jpg Hörmüz boğazı: qlobal “neft damarı”nda ABŞ-İran qarşıdurması
https://525.az/img/pics/medium/2026-07/396483_jlhv3bi9t4.jpg Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələr yeni müstəvidə
search
6 İyul 2026

"Qarabağ"la oyunqabağı iddialı açıqlama

"Qarabağ"la oyunqabağı iddialı açıqlama

Rumıniyanın FCSB klubunun futbolçusu Alexandru Baluta Avropa Liqasının Liqa mərhələsində  “Qarabağ”la keçirəcəkləri oyundan əvvəl yerli mətbuata açıqlama verib.

QOL.az xəbər verir ki, "AntenaSport"a danışan 31 yaşlı hücumçu iddialı fikirlər səsləndirib. O, qeyd edib ki, Avropa Liqasında hətta finala qədər irəliləyə bilərlər:

“Bəli, mən belə düşünürəm. Güclü tərəflərimiz haqqında fikirləşməliyik. Yəqin ki, bu qədər müsbət nəticələr qazanacağımızı düşünməzdik. Fədakarlıq etdiyimiz üçün yuxarı pillələrdəyik. Digər komandalar qədər təcrübəmiz yox idi. Amma biz bacardıq. Bəzən fədakar olmaq və son ana qədər xəyal qurmaq çox vacibdir”.

Yanvarın 23-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – FCSB oyunu saat 21:45-də başlayacaq.

Qeyd edək ki, FCSB Avropa Liqasının Liqa mərhələsində 6 oyunun 3-də qalib gəlib, 2 heç-heçə edib və 1 görüşdə uduzub. Komanda hazırda 11 xalla 10-cu pillədədir.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.