https://525.az/img/pics/medium/2026-07/396495_mmkkg3ltfk.jpg Qayıdış ideologiyasının ziyalı imzası
https://525.az/img/pics/medium/2026-07/396519_ofgrkfw4gb.jpg Müəllimlərin işə qəbulu müsabiqəsinin ödəniş sistemi aktivləşib
https://525.az/img/pics/medium/2026-07/396486_ec5u3903ar.jpg Hörmüz boğazı: qlobal “neft damarı”nda ABŞ-İran qarşıdurması
https://525.az/img/pics/medium/2026-07/396483_jlhv3bi9t4.jpg Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələr yeni müstəvidə
search
6 İyul 2026

UEFA PSJ-nin Mbappeyə olan borcu məsələsinə baxmayacaq

UEFA PSJ-nin Mbappeyə olan borcu məsələsinə baxmayacaq

UEFA PSJ-nin sabiq futbolçusu Kilian Mbappeyə olan borcuna görə Fransa klubuna sanksiyalar tətbiq etməyəcək.

QOL.az xəbər verir ki, bu barədə "L’Equipe" nəşri məlumat yayıb. 

Qeyd edilib ki, Avropa futbol qurumu fransalı futbolçunun işi ilə bağlı məsələyə baxmağı planlaşdırmır. Buna səbəb UEFA-ya bütün lazım olan sənədlərin çatdırılmamasıdır.

Daha əvvəl parislilərin "Klubların Lisenziyalaşdırılması və Maliyyə Davamlılığı" reqlamentinin mümkün pozulması səbəbindən UEFA-nın sanksiyalarına məruz qala biləcəyi barədə məlumat yayılmışdı. Buna əsasən, avrokubok turnirlərində iştirak edən klubların iyul ayından etibarən işçilərə heç bir borcu olmamalıdır. 

Qeyd edək ki, Mbappe ötən yaydan "Real"da çıxış edir. Bu mövsüm 26 yaşlı hücumçu bütün turnirlərdə 27 oyun keçirib, 14 qol vurub və 3 məhsuldar ötürmə edib.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.