https://525.az/img/pics/medium/2026-07/396495_mmkkg3ltfk.jpg Qayıdış ideologiyasının ziyalı imzası
https://525.az/img/pics/medium/2026-07/396519_ofgrkfw4gb.jpg Müəllimlərin işə qəbulu müsabiqəsinin ödəniş sistemi aktivləşib
https://525.az/img/pics/medium/2026-07/396486_ec5u3903ar.jpg Hörmüz boğazı: qlobal “neft damarı”nda ABŞ-İran qarşıdurması
https://525.az/img/pics/medium/2026-07/396483_jlhv3bi9t4.jpg Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələr yeni müstəvidə
search
6 İyul 2026

Neymara sürpriz təklif

Neymara sürpriz təklif

"Əl-Hilal"ın zədə səbəbindən uzun müddətdir, meydana çıxmayan futbolçusu Neymar karyerasını ABŞ-da davam etdirməyə yaxındır.

QOL.az xəbər verir ki, bu barədə "L`Equipe" məlumat yayıb.

32 yaşlı hücumçuya sürpriz təklif gəlib. Onunla "Çikaqo Fayer" ciddi şəkildə maraqlanır. Tərəflər arasında rəsmi danışıqlar gedir.

Bildirilir ki, MLS təmsilçisinin nümayəndələri hazırda Avropadadır və braziliyalı forvardın menecerləri ilə danışıqlar aparır. 

Xəbərdə "Çikaqo Fayer"in Neymara "İnter Mayami"nin Messi ilə müqaviləsinə bənzər bir sözləşmə təklif etməyə hazır olduğu qeyd edilib.

Səudiyyə Ərəbistanında illik 100 milyon avrodan çox pul qazanan Neymarın "Çikaqo Fayer"də illik 70 milyon avro alacağı da yazılıb. 

Qeyd edək ki, Neymar 2023-cü ilin yayında "Ə-Hilal"a keçib. Onun klubla müqaviləsi 2025-ci ilin yayına qədərdir. Braziliyalı oyunçu bu mövsüm zədələr səbəbindən cəmi 2 matçda meydana çıxıb.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.