https://525.az/img/pics/medium/2026-07/396495_mmkkg3ltfk.jpg Qayıdış ideologiyasının ziyalı imzası
https://525.az/img/pics/medium/2026-07/396519_ofgrkfw4gb.jpg Müəllimlərin işə qəbulu müsabiqəsinin ödəniş sistemi aktivləşib
https://525.az/img/pics/medium/2026-07/396486_ec5u3903ar.jpg Hörmüz boğazı: qlobal “neft damarı”nda ABŞ-İran qarşıdurması
https://525.az/img/pics/medium/2026-07/396483_jlhv3bi9t4.jpg Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələr yeni müstəvidə
search
6 İyul 2026

AFFA-da Fatih Tekkeyə vəzifə verilir?

AFFA-da Fatih Tekkeyə vəzifə verilir?

Xəbər verdiyimiz kimi, Türkiyə millisinin sabiq üzvü, məşqçi Fatih Tekke, tanınmış mütəxəssis, Türkiyənin U-21 millisinin keçmiş baş məşqçisi Tolunay Kafkas və qapıçı məşqçisi Metin Aktaş Azərbaycanda səfərdədir.

QOL.az xəbər verir ki, onlar Bakıda olduqları müddətdə “Liv Bona Dea Arena” və Milli Komandaların Təlim-Məşq Mərkəzində olublar.

Qonaqlara Təlim-Məşq Mərkəzində yaradılmış şərait barədə məlumat verilib.

AFFA-nın yaydığı xəbərdə, eləcə də QOL.az saytının sorğusuna cavab olaraq səfərin məqsədi barədə hələlik məlumat verilməyib.

Bu arada Türkiyə mənbələri səfərlə əlaqədar diqqətçəkən xəbərlər yayıblar. “Sports Digitale” səhifəsinin iddiasına görə, Azərbaycan tərəfi Fatih Tekkeye Futbol direktorluğu vəzifəsi verməyi düşünür. Bununla bağlı müzakirələrdə vacib irəliləyiş əldə edildiyi də bildirilir. Tam razılaşma olarsa, F.Tekkenin həmin vəzifəyə təyin ediləcəyi bildirilir.

Qeyd edək ki, hazırda AFFA-da futbol direktoru vəzifəsi yoxdurc yalnız A milli komandada idman direktorluğu var. Maraqlıdır ki, səfər zamanı həmin şəxsləri məhz millinin idman direktoru İlqar Qurbanov müşayiət edib.

İstisna deyil ki, AFFA-da futbol direktorluğu vəzifəsi yaxın gələcəkdə təsis olunsun.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.