https://525.az/img/pics/medium/2026-07/396495_mmkkg3ltfk.jpg Qayıdış ideologiyasının ziyalı imzası
https://525.az/img/pics/medium/2026-07/396519_ofgrkfw4gb.jpg Müəllimlərin işə qəbulu müsabiqəsinin ödəniş sistemi aktivləşib
https://525.az/img/pics/medium/2026-07/396486_ec5u3903ar.jpg Hörmüz boğazı: qlobal “neft damarı”nda ABŞ-İran qarşıdurması
https://525.az/img/pics/medium/2026-07/396483_jlhv3bi9t4.jpg Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələr yeni müstəvidə
search
6 İyul 2026

“Qarabağ” rekordunu təkrarladı

“Qarabağ” rekordunu təkrarladı

“Qarabağ” Azərbaycan Premyer Liqasının 2024/2025-ci illər mövsümündə 50 qol vuran ilk komanda olub.

Peşəkar Futbol Liqasından 525.az-a verilən məlumata görə, Ağdam klubunun yubiley topu XIX turun “Şamaxı” ilə ev matçına (3:2) təsadüf edib. 50-ci qol Cəlal Hüseynovun avtoqolu ilə gerçəkləşib.

Əlli qol üçün “Qarabağ”a 19 matç kifayət edib. Bu, son 21 mövsümün rekordunun təkrarıdır. Ağdam klubu 2 il əvvəl – 2022/2023-cü illər mövsümündə də 50-ci qolunu 19-cu oyununda vurub.

Ölkə çempionatları tarixində isə 10-cu dəfə bir komanda 50 qol səddinə 19 və ya daha az oyunda çatır. Mütləq rekord 1996/1997-ci illər mövsümündə qeydə alınıb. “Neftçi” 50-ci qolunu 13-cü turda vurub. “Kəpəz” 15-ci (1995/1996) və 16-cı (1998/1999) oyununda “100”ü yarılayıb.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.