https://525.az/img/pics/medium/2026-07/396495_mmkkg3ltfk.jpg Qayıdış ideologiyasının ziyalı imzası
https://525.az/img/pics/medium/2026-07/396519_ofgrkfw4gb.jpg Müəllimlərin işə qəbulu müsabiqəsinin ödəniş sistemi aktivləşib
https://525.az/img/pics/medium/2026-07/396486_ec5u3903ar.jpg Hörmüz boğazı: qlobal “neft damarı”nda ABŞ-İran qarşıdurması
https://525.az/img/pics/medium/2026-07/396483_jlhv3bi9t4.jpg Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələr yeni müstəvidə
search
6 İyul 2026

Enrike Xviçanın transferinin səbəbini açıqladı

Enrike Xviçanın transferinin səbəbini açıqladı


PSJ-nin baş məşqçisi Luis Enrike Xviça Kvaratsxeliyanı "Napoli"dən transfer etməklərinin səbəbini açıqlayıb. 

QOL.az "beİN Sports"a istinadən xəbər verir ki, mütəxəssis 23 yaşlı gürcü yarımmüdafiəçinin üstün keyfiyyətlərə sahib olduğunu deyib: 

“Biz onunla çoxdan müqavilə imzalamaq istəyirdik. Xviçanın təcrübəsi və xarakteri var. Kvaratsxeliya qol vurmağı, driblinq etməyi və müdafiədə effektiv oynamağı yaxşı bacarır. Bu, çox yaxşı transfer, böyük komandaya əla əlavədir. İnanıram ki, o, komandamızda özünün ən yaxşı keyfiyyətlərini nümayiş etdirəcək”.

Qeyd edək ki, PSJ yanvarın 17-də Kvaratsxeliya ilə 2029-cu ilin yayınadək müqavilə imzaladığını açıqlayıb. Mətbuatda PSJ-nin Kvaratsxeliya üçün 70 milyon avro ödədiyi yazılıb. 

2022-ci ildən “Napoli”də forma geyən Kvaratsxeliya cari mövsüm bütün turnirlər nəzərə alınmaqla 19 matçda forma geyib, 5 qol vurub və 3 dəfə məhsuldar ötürmə müəllifi olub.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.