https://525.az/img/pics/medium/2026-07/396495_mmkkg3ltfk.jpg Qayıdış ideologiyasının ziyalı imzası
https://525.az/img/pics/medium/2026-07/396519_ofgrkfw4gb.jpg Müəllimlərin işə qəbulu müsabiqəsinin ödəniş sistemi aktivləşib
https://525.az/img/pics/medium/2026-07/396486_ec5u3903ar.jpg Hörmüz boğazı: qlobal “neft damarı”nda ABŞ-İran qarşıdurması
https://525.az/img/pics/medium/2026-07/396483_jlhv3bi9t4.jpg Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələr yeni müstəvidə
search
6 İyul 2026

“Matias qırmızı vərəqə almalı idi” - AFFA rəsmisi səhvi etiraf etdi

“Matias qırmızı vərəqə almalı idi” - AFFA rəsmisi səhvi etiraf etdi

AFFA Hakimlər Komitəsinin sədri Frank De Bleker Misli Premyer Liqasının 19-cu turunda keçirilən “Neftçi” – “Sabah” (1:1) oyunundakı mübahisəli epizodları şərh edib.

QOL.az xəbər verir ki, o, ədalət təmsilçilərinin işini belə qiymətləndirib. O deyib: 

"65-ci dəqiqə: Mümkün penalti epizodu “Sabah” komandasının 88 nömrəli hücumçusu (Xəyal Əliyev) cərimə meydançasına daxil olur və topu qarşısına atır. “Neftçi”nin 44 nömrəli müdafiəçisi (Yuri Matias) top uğrunda mübarizə zamanı onun çiyninə təmas edir və hücumçu yıxılır. Hakim oyunu davam etdirir. Bu vəziyyət “yuxarı bədən” təması ilə bağlıdır və belə hallarda müdaxilə xətti yüksəkdir. Penalti təyin etmək üçün yüksək intensivlikdə təmas olmalıdır. Amma həmin epizodda çiynə təmas zəif idi. Hakimin oyunu davam etdirmək qərarını dəstəkləyirik.

Lakin “Neftçi”nin 44 nömrəli oyunçusuna qeyri-idman davranışına görə verilən sarı vərəqədən sonra onun hörmətsiz “istehzalı alqış”ı qəbuledilməzdir. Bu, açıq şəkildə jestlərlə ifadə edilən narazılıqdır və mütləq ikinci sarı vərəqə ilə cəzalandırılmalı idi. Hakimin nüfuzunu zəiflədən belə hörmətsiz davranışı qəbul edə bilmərik. Futbolun imicini və bütövlüyünü qorumaq lazımdır. Bu, futbolu sevən, hörmət edən hər kəsə mesajdır".

Beləliklə, bu açıqlaması ilə belçikalı mütəxəssis baş hakim Kamal Umudlunun, eləcə də VAR hakimi Tural Qurbanov və AVAR hakimi Zöhrab Abbasovun səhvə yol verdiyini etiraf edib.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.