https://525.az/img/pics/medium/2025-02/343097_b7hdptlz77.jpg “525-ci qəzet”in 13 fevral sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2022-06/229548_4az6e84pj9.jpg Böyük coğrafi kəşflər və onların yerli xalqlara gətirdiyi bədbəxtliklər - Telman Orucov yazır
https://525.az/img/pics/medium/2022-02/216957_adlrfmro23.jpeg Gənc nəslin mənəvi inkişafı: şəxsi ləyaqət və milli mənlik anlayışları
https://525.az/img/pics/medium/2025-02/343021_f4yz762eou.jpeg "Kos-kosa" - "Bir rəsmin dedikləri"
search
12 Fevral 2025

Azərbaycan idmançılarının medalları ilə bağlı Beynəlxalq Olimpiya Komitəsinə rəsmi müraciət edilib

Azərbaycan idmançılarının medalları ilə bağlı Beynəlxalq Olimpiya Komitəsinə rəsmi müraciət edilib

Azərbaycan Milli Olimpiya Komitəsi (MOK) Beynəlxalq Olimpiya Komitəsinə rəsmi müraciət edib.

Bu barədə 525.az-a MOK-un mətbuat xidmətindən məlumat verilib.

Fransanın paytaxtı Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunlarında Azərbaycan Olimpiya komandasının 7 idmançısı cüdo, taekvondo, boks, yunan-Roma və sərbəst güləş idman növü üzrə medal qazandığı vurğulanıb.

Medallardan 2-si qızıl, 2-si gümüş, 3-ü isə bürünc olub. Parisdə uğurla çıxış edərək mükafat qazanan olimpiyaçılarımız bu ay Milli Olimpiya Komitəsinə medalların keyfiyyətini itirməsi ilə bağlı müraciət ediblər.

Milli Olimpiya Komitəsi həmin idmançıların müraciəti əsasında araşdırmalar aparıb və nəticədə məlum olub ki, cüdo üzrə Olimpiya çempionu Hidayət Heydərov (-73 kq) və sərbəst güləş üzrə bürünc mükafatçı Maqomedxan Maqomedovdan (97 kq) başqa, digər beş idmançının medallarında nəzərəçarpan dərəcədə dəyişiklik baş verib.

Məlum olub ki, cüdo üzrə Olimpiya çempionu Zelim Kotsoyevin (-100 kq) qızıl, taekvondoçu Qaşim Maqomedovun (58 kq), boksçu Alfonso Dominqesin (92 kq) gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kq) və sərbəst güləşçi Giorgi Meşvildişvilinin (125 kq) bürünc medalları keyfiyyətini itirib.

Milli Olimpiya Komitəsi bu araşdırmaların nəticəsi olaraq Beynəlxalq Olimpiya Komitəsinə (BOK) rəsmi müraciət ünvanlayıb. BOK-dan bu müraciətlə bağlı cavab gəldikdən sonra medalların geri qaytarılması və yeniləri ilə əvəz olunmasıyla bağlı növbəti addımlar atılacaq.

Bölmənin digər xəbərləri
© 2012-2025 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.