https://525.az/img/pics/medium/2026-07/396495_mmkkg3ltfk.jpg Qayıdış ideologiyasının ziyalı imzası
https://525.az/img/pics/medium/2026-07/396519_ofgrkfw4gb.jpg Müəllimlərin işə qəbulu müsabiqəsinin ödəniş sistemi aktivləşib
https://525.az/img/pics/medium/2026-07/396486_ec5u3903ar.jpg Hörmüz boğazı: qlobal “neft damarı”nda ABŞ-İran qarşıdurması
https://525.az/img/pics/medium/2026-07/396483_jlhv3bi9t4.jpg Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələr yeni müstəvidə
search
6 İyul 2026

Mourinyo hakimləri tənqid etdi

Mourinyo hakimləri tənqid etdi

"Fənərbaxça"nın baş məşqçisi Joze Mourinyo Avropa Liqasının Liqa mərhələsinin 7-ci turunda "Lion"la oyundakı (0:0) hakim qərarlarından danışıb.

QOL.az xəbər verir ki, mütəxəssis hakimləri tənqid edib:

“Düşünürəm ki, VAR haqqında danışmaq lazımdır. Çünki hakim Şimanskiyə qarşı kobud oyuna görə Koumbediyə sarı vərəqə verərək səhv etdi. Lakin VAR hakim səhv edəndə ona kömək etmək üçün nəzərdə tutulub. Amma bu baş vermədi! Baş hakimi ekrana dəvət etmədilər. Təkrarına baxsaydı, qırmızı vərəqə verərdi. Söhbət İtaliyanın çox məşhur hakimi Paolo Mazzolenidən gedir... Deməli, bu Paolo Mazzoleni baş hakimi dəvət etməyib. Fikrimcə, baş hakimin səhvləri başa düşüləndir. VAR onları düzəltmək üçün var, lakin bunu etməyib.

İkinci hissədə Koumbedi sanki UFC döyüşündəymiş kimi oyunçumuzun boynundan yapışdı. Şimanski qapı dirəyinə tərəf getdi. Bu, ikinci sarı vərəqə olmalı idi... Belə şeylər əlbəttə ki, matçın gedişinə çox təsir edən böyük səhvlərdir. Onu qeyd etmədən matç haqqında danışmaq mümkün deyil”.

Qeyd edək ki, "Fənərbaxça" hazırda Avroliqada 9 xalla turnir cədvəlinin 23-cü pilləsində qərarlaşıb.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.