https://525.az/img/pics/medium/2026-07/396495_mmkkg3ltfk.jpg Qayıdış ideologiyasının ziyalı imzası
https://525.az/img/pics/medium/2026-07/396519_ofgrkfw4gb.jpg Müəllimlərin işə qəbulu müsabiqəsinin ödəniş sistemi aktivləşib
https://525.az/img/pics/medium/2026-07/396486_ec5u3903ar.jpg Hörmüz boğazı: qlobal “neft damarı”nda ABŞ-İran qarşıdurması
https://525.az/img/pics/medium/2026-07/396483_jlhv3bi9t4.jpg Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələr yeni müstəvidə
search
6 İyul 2026

“Qurban Qurbanov kimi məşqçinin çox az zəif nöqtəsi olur” - Berdıyev

“Qurban Qurbanov kimi məşqçinin çox az zəif nöqtəsi olur” - Berdıyev

“Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev Misli Premyer Liqasının 20-ci turunda “Qarabağ”a qarşı keçirdikləri oyun haqda danışıb.

525.az QOL.az a istinadən xəbər verir ki, o, komandasının 2:1 hesablı qələbəni belə şərh edib:

- Evdəki ağır məğlubiyyətdən sonra bu gün var gücləri ilə mübarizə apardıqlarına görə uşaqlara təşəkkür edirəm. Bütün detallarda uduzduqları məqamda belə inamla, ümidlə oynayırdılar. Əlimizə belə imkanlar düşdü və biz bunlardan yararlandıq.

- "Kəpəz"lə oyundan sonra nəyi dəyişdiniz?

- Çətin sualdır. Futbolçuların hər biri ilə fərdi şəkildə danışmaq lazım gəldi. Onlara bildirdim ki, yanaşmanı dəyişmək lazımdır. İnanıram ki, "Kəpəz"lə oyundakı məğlubiyyət bir daha təkrarlanmayacaq.

- Yanaşmanı dəyişmək lazımdır dediniz. Futbolçular rəqiblərə fərqli yanaşır?

- "Kəpəz"lə ən pis oyunumuz idi. Yanaşma bir az fərqli idi. Sadəcə bunun üzərində işlədik.

- "Qarabağ" FKSB ilə matçda künc zərbəsindən 3 qol buraxmışdı. Bunun üzərində xüsusi işləmişdiniz?

- Biz istər müdafiə planında, istər hücumda, hər zaman standart vəziyyətlərin üzərində işləyirik. Təəssüflər olsun ki, ötən matçda standart vəziyyətlərə ciddi yanaşmadıq.

- Veysəl Rzayevin sol cinah müdafiəçisi kimi performansını necə dəyərləndirirsiniz?

- Bu gün Veysəl çox yaxşı oynadı. Bilirik ki, o, akademiyada həm sağ, həm də sol cinah müdafiəçisi kimi oynayıb. Bu, onun üçün yenilik deyildi. Həmçinin Rəhim Sadıxovu qeyd edərdim. Komandada belə oyunçular var. Veysəl Rzayev də onlardan biridir.

- Penalti gözlədiyiniz epizod var idi. Bunu necə şərh edərdiniz?

- Mən adətən hakimlər haqda danışmıram. Mənim olduğum uzaq mövqedən penaltiyə oxşayırdı. Təkrara baxmamışam. Dəqiq nəsə deyə bilmərəm.

- Qurban Qurbanovun zəif nöqtəsini tapdığınızı demək olar?

- Bu cür yaxşı məşqçinin zəif nöqtəsi az olur. Sadəcə olaraq Allah bizə belə oyunlarda yardım edir. "Qarabağ" Azərbaycan futbolunun "flaqman"ıdır. Qurban Qurbanov da Azərbaycanın ən güclü məşqçilərindən biridir.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.