https://525.az/img/pics/medium/2026-07/396519_ofgrkfw4gb.jpg Müəllimlərin işə qəbulu müsabiqəsinin ödəniş sistemi aktivləşib
https://525.az/img/pics/medium/2026-07/396486_ec5u3903ar.jpg Hörmüz boğazı: qlobal “neft damarı”nda ABŞ-İran qarşıdurması
https://525.az/img/pics/medium/2026-07/396483_jlhv3bi9t4.jpg Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələr yeni müstəvidə
https://525.az/img/pics/medium/2026-02/383391_y481p9y3zc.jpg Ölkə ərazisinin bəzi yerlərində yağış yağıb - FAKTİKİ HAVA
search
6 İyul 2026
5 İyul 2026

Bakıdakı əsas yarışın başlayacağı vaxt bəlli olub - "Formula 1"

Bakıdakı əsas yarışın başlayacağı vaxt bəlli olub -  "Formula 1"

Bu il Bakıda keçiriləcək "Formula 1" üzrə Azərbaycan Qran-prisində əsas yarışın başlayacağı vaxt müəyyənləşib.

525.az xəbər verir ki, bu barədə turnirin rəsmi saytı məlumat yayıb.

Əsas yarış sentyabrın 21-də, yerli vaxtla saat 15:00-da start götürəcək.

Sentyabrın 19-da, saat 12:30-da birinci sərbəst yürüş, 16:00-da isə ikinci sərbəst yürüş başlayacaq. Növbəti gün saat 12:30-da üçüncü sərbəst yürüş, 16:00-da isə təsnifat gerçəkləşəcək.

Qeyd edək ki, "Formula 1"də yeni mövsümə martın 16-da Avstraliyada start veriləcək.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.