https://525.az/img/pics/medium/2026-07/396519_ofgrkfw4gb.jpg Müəllimlərin işə qəbulu müsabiqəsinin ödəniş sistemi aktivləşib
https://525.az/img/pics/medium/2026-07/396486_ec5u3903ar.jpg Hörmüz boğazı: qlobal “neft damarı”nda ABŞ-İran qarşıdurması
https://525.az/img/pics/medium/2026-07/396483_jlhv3bi9t4.jpg Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələr yeni müstəvidə
https://525.az/img/pics/medium/2026-02/383391_y481p9y3zc.jpg Ölkə ərazisinin bəzi yerlərində yağış yağıb - FAKTİKİ HAVA
search
6 İyul 2026
5 İyul 2026

Azərbaycanın 19 yaşadək futzalçılardan ibarət millisinin üzvləri ilə görüş keçirilib

Azərbaycanın 19 yaşadək futzalçılardan ibarət millisinin üzvləri ilə görüş keçirilib

Futzal üzrə Avropa çempionatının ilkin təsnifat mərhələsində iştirak edən və yer aldığı B qrupunun qalibi olan Azərbaycanın U-19 millisinin üzvləri ilə görüş keçirilib.

525.az Futzal Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, qurumun vitse-prezidenti Elşən Abasov komanda üzvlərini qazanılan uğur münasibəti ilə rəhbərlik adından təbrik edib, əsas mərhələdə də inamlı oynamağın vacibliyini bildirib və bunun üçün komandaya lazımi şəraitin yaradılacağını vurğulayıb.

Avropa çempionatının əsas mərhələsində keçirilən Azərbaycan – Yunanıstan oyunundan əvvəl baş tutan görüşün sonunda U-19-un üzvlərinə diplomlar təqdim olunub və xatirə şəkilləri çəkdirilib.

Qeyd edək ki, U-19 Avropa çempionatının əsas mərhələsində Bosniya və Herseqovina, Xorvatiya və Türkiyə yığmaları ilə qarşılaşacaq. Oyunlar martın 25-30-u aralığında Xorvatiyada təşkil olunacaq.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.