
12 ildən sonra “Santos”a qayıdan Neymar Braziliya klubu ilə ilk oyuna çıxıb.
QOL.az xəbər verir ki, o, Paulista liqasında “Botafoqo” ilə matçda iştirak edib.
Neymar 1:1 hesabı ilə başa çatan matçın 46-cı dəqiqəsində - komandası hesabda öndə olarkən meydana çıxıb.
Qeyd edək ki, "Santos"un yetirməsi olan Neymar 2009-2013-cü illərdə bu klubun əsas komandasında çıxış edib. O, daha sonra “Barselona”, PSJ və “Əl Hilal”da oynayıb.



