https://525.az/img/pics/medium/2026-07/396486_ec5u3903ar.jpg Hörmüz boğazı: qlobal “neft damarı”nda ABŞ-İran qarşıdurması
https://525.az/img/pics/medium/2026-07/396483_jlhv3bi9t4.jpg Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələr yeni müstəvidə
https://525.az/img/pics/medium/2026-02/383391_y481p9y3zc.jpg Ölkə ərazisinin bəzi yerlərində yağış yağıb - FAKTİKİ HAVA
https://525.az/img/pics/medium/2026-02/383873_4vv2i4zae6.jpg İmişlidə zəlzələ olub
search
6 İyul 2026
5 İyul 2026
4 İyul 2026

Ulduz futbolçu Azərbaycanın bölgə klubuna niyə keçməyib?

Ulduz futbolçu Azərbaycanın bölgə klubuna niyə keçməyib?

Birinci liqa təmsilçisi “Karvan”ın baş məşqçisi Kənan Kərimov Belçika millisinin sabiq üzvü Raca Nainqqolanın transferi üçün onun meneceri ilə danışıq apardıqlarını təsdiqləyib.

O, QOL.az saytına müsahibəsində qeyd edib ki, ulduz futbolçunun keçidi maliyyə şərtlərinə görə baş tutmayıb: 

“Meneceri onu bizə təklif etmişdi. Sadəcə orada maliyyə məsələləri var idi ki, razılaşmadıq. Yəni bizim büdcəmiz buna imkan vermədi. Bilirsiniz ki, Nainqqolan dünya səviyyəli oyunçudur. Onun transferi ilə bağlı söhbət oldu, amma maliyyə məsələsinə görə ortaq məxrəcə gələ bilmədik. Buna görə də transfer baş tutmadı”.

Qeyd edək ki, əsasən “Roma” və “İnter”dəki oyunu ilə tanınan 36 yaşlı yarımmüdafiəçi “Kalyari” SPAL və “Antverpen”də də çıxış edib.

Nainqqolan həbs edilib. O, bu il yanvarın 27-də narkotik alverində şübhəli bilinib və Brüssel polisi tərəfindən saxlanılıb.

Nainqqolan yanvarın 22-də Belçika çempionatının ikinci divizionunda çıxış edən "Lokeren-Thamse" klubu ilə müqavilə imzalamışdı.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.