https://525.az/img/pics/medium/2026-07/396486_ec5u3903ar.jpg Hörmüz boğazı: qlobal “neft damarı”nda ABŞ-İran qarşıdurması
https://525.az/img/pics/medium/2026-07/396483_jlhv3bi9t4.jpg Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələr yeni müstəvidə
https://525.az/img/pics/medium/2026-02/383391_y481p9y3zc.jpg Ölkə ərazisinin bəzi yerlərində yağış yağıb - FAKTİKİ HAVA
https://525.az/img/pics/medium/2026-02/383873_4vv2i4zae6.jpg İmişlidə zəlzələ olub
search
6 İyul 2026
5 İyul 2026
4 İyul 2026

Türkiyə klubunun prezidenti qalmaqaldan sonra istefa verdi

Türkiyə klubunun prezidenti qalmaqaldan sonra istefa verdi

"Adana Demirspor"un prezidenti Bedirhan Durak istefa verib.

QOL.az xəbər verir ki, bu barədə o, öz açıqlamasında bildirib.

Ötən gün Superliqada “Qalatasaray” - “Adana Demirspor” matçının 12-ci dəqiqəsində baş hakim Oğuzhan Çakır qonaq komandanın qapısına penalti təyin edib. 11 metrlik cərimə zərbəsini Alvaro Morata dəqiq yerinə yetirərək “Qalatasaray”ı hesabda irəli çıxarıb. 30-cu dəqiqədə hesab 1:0 olarkən “Adana Demirspor”un futbolçuları baş məşqçi Mustafa Alperlə məsləhətləşdikdən sonra qəflətən meydanı tərk ediblər. Türkiyə mətbuatının yazdığına görə, “Adana Demirspor” klub prezidentinin tələbi ilə bu addımı atıb.

Daha sonra hakim Oğuzhan Çakır matçın dayandırıldığını elan edib. Klubun keçmiş prezidenti Murat Sancak da etirazlarının hakimlərə olduğunu deyib. O, "Fənərbaxça"nın prezidenti Ali Koçun təlimatı ilə meydandan çıxdıqlarına dair iddiaları rədd edib.

Bedirhan Durak isə bu hadisələrdən sonra açıqlama verərək vəzifəsindən ayrıldığını bildirib: "Əziz "Adana Demirspor" azarkeşləri, oktyabr ayından başladığım prezidentlik vəzifəsini layiqli yerinə yetirə bilmək üçün  gecəmi gündüzümə qatdım. Yeri gəlsə, cibimdəki puldan, zamanımdan, sağlamlığımdan keçdim. Sosial mediada mənə yazılan sözləri klubumuza görə görməzdən gəldim. İndi isə vəziyyətin çıxılmaz bir halda olduğunu görürəm.  Daha gözəl sabahlar, "Adana Demirspor", ailəm, sevdiklərim üçün vəzifəmdən ayrıldığımı bildirirəm. Mənə edilənləri heç vaxt unutmayacağam. "Adana Demirspor"da işləyən hər kəsi çox sevirəm". 

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.