https://525.az/img/pics/medium/2026-07/396486_ec5u3903ar.jpg Hörmüz boğazı: qlobal “neft damarı”nda ABŞ-İran qarşıdurması
https://525.az/img/pics/medium/2026-07/396483_jlhv3bi9t4.jpg Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələr yeni müstəvidə
https://525.az/img/pics/medium/2026-02/383391_y481p9y3zc.jpg Ölkə ərazisinin bəzi yerlərində yağış yağıb - FAKTİKİ HAVA
https://525.az/img/pics/medium/2026-02/383873_4vv2i4zae6.jpg İmişlidə zəlzələ olub
search
6 İyul 2026
5 İyul 2026
4 İyul 2026

Samir Abasov qələbəni şərh etdi və "Qarabağ"la oyundan danışdı

Samir Abasov qələbəni şərh etdi və "Qarabağ"la oyundan danışdı

"Deməzdim ki, start heyətdə 7 yerli oyunçunun olmasının bu qələbədə böyük rolu var. İstər legioner, istər yerliyə bu ruhu vermək lazımdır. Onlar da bunu meydanda qoymalıdırlar. İşlədiyim klublarda legionerlər deyərdim ki, yerlilərdən geri qalmır. Əsas ab-havanı düzəltməkdir". 

QOL.az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Samir Abasov Misli Premyer Liqasının 22-ci turunda bu gün "Zirə" ilə keçirilən oyundan sonra mətbuat konfransında deyib.


"Neftçi" bu gün səfərdə son diqiqə qolları ilə 2:1 hesabı ilə qalib gəlib. S.Abasov dramatik sonluqla bitən matçı belə şərh edib: "Təbii ki, bütün komandalar qələbə üçün oynayır. Komanda istəyi göstərisə... Bu, bizim üçün həmin oyunlardan idi. Udmaq üçün hər şeyi edirik. Qol buraxandan sonra ümid qırılmadı, sadəcə pərişan olduq. Mən özüm enerjimi qələbə üçün sərf etmişdim. Köməkçilərimə dedim ki, qismət budur. Bu qələbə mənim üçün xoşdur".

S.Abasov "Qarabağ"la matçda həmin "Neftçi"ni, fərqli Azərbaycan derbisi görə bilərik?" sualını da cavablandırıb: "Bu oyundan sonra ümidlər elədir. Real danışım, "Qarabağ" bizdən güclüdür. Amma öz meydanımızda oynayacğıq. Hər şeyi edəcəyik. Yaxşı nəticə qazanmaq istəyirik. Hələ ki, bugünkü qalibiyyətdən danışaq. Dərhal "Qarabağ"la matça köklənməyək. Məşqlərə başlandan sonra bu haqda düşünəcəyik".

Qeyd edək ki, fevralın 16-da keçiriləcək "Neftçi" - "Qarabağ" matçı saat 19:00-da başlayacaq.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.