
“Neftçi” Azərbaycan çempionatları tarixində 650-ci səfər qolunu vurub.
525.az Peşəkar Futbol Liqasının saytına istinadən xəbər verir ki, bu topa Emin Mahmudov imza atıb.
O, Misli Premyer Liqasının XXII turunun “Zirə” ilə görüşündə hesabı açıb.
2:1 hesabı ilə qalib gələn “ağ-qaralar” rəqib meydanlarındakı 467-ci oyunda 651-ci qola da imza atıb.
Qeyd edək ki, ölkə çempionatlarında yalnız “Qarabağ” səfərdə daha çox qol vurub - 660 top.



