https://525.az/img/pics/medium/2026-07/396486_ec5u3903ar.jpg Hörmüz boğazı: qlobal “neft damarı”nda ABŞ-İran qarşıdurması
https://525.az/img/pics/medium/2026-07/396483_jlhv3bi9t4.jpg Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələr yeni müstəvidə
https://525.az/img/pics/medium/2026-02/383391_y481p9y3zc.jpg Ölkə ərazisinin bəzi yerlərində yağış yağıb - FAKTİKİ HAVA
https://525.az/img/pics/medium/2026-02/383873_4vv2i4zae6.jpg İmişlidə zəlzələ olub
search
6 İyul 2026
5 İyul 2026
4 İyul 2026

"Fənərbaxça" və "Qalatasaray"ın pley-off oyunlarının hakimləri

"Fənərbaxça" və "Qalatasaray"ın pley-off oyunlarının hakimləri

"Fənərbaxça" və "Qalatasaray"ın Avropa Liqasının pley-off mərhələsində keçirəcəkləri ilk oyunlar üçün hakim təyinatları açıqlanıb.

QOL.az xəbər verir ki, bu barədə UEFA-nın saytı məlumat yayıb.

"Fənərbaxça" - "Anderlext" matçı Monteneqrodan olan hakimlər briqadasına tapşırılıb. Referi Nikola Dabanoviçə yan xətt hakimləri kimi Vladan Todoroviç və Srdan Yovanoviç köməklik göstərəcəklər. Dördüncü hakim Miloş Boşkoviç olacaq. VAR Paskal Müllerə, AVAR isə Robert Şxroderə (ikisi də Almaniya) etibar edilib.

"AZ Alkmaar" - "Qalatasaray" oyununu portuqaliyalı hakimlər idarə edəcəklər. Referi Joao Pineronun köməkçiləri Bruno Jesus və Lusiano Mola olacaq. Dördüncü hakim funksiyasını Joao Qonçalveş yerinə yetirəcək. VAR Tiaqo Martinsə (Portuqaliya), AVAR isə Xuan Martinez Mnueraya (İspaniya) həvalə olunub.

Hər iki görüş fevralın 13-də keçiriləcək. "Fənərbaxça" - "Anderlext" matçı Bakı vaxtı ilə saat 21:45-də, "AZ Alkmaar" - "Qalatasaray" qarşılaşması isə saat 00:00-da başlayacaq. Bu komandalar arasında cavab oyunları fevralın 20-də olacaq.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.