https://525.az/img/pics/medium/2025-03/347488_wmssf4izmz.jpg Fransanın hədəfi - Xaqani Cəfərli yazır
https://525.az/img/pics/medium/2025-03/347411_bczgu1wnud.jpg Bayram namazının vaxtı açıqlanıb
https://525.az/img/pics/medium/2025-03/347370_cus6p0dlrh.jpg İmamoğlu və daha iki bələdiyyə sədri vəzifələrindən uzaqlaşdırılıblar
https://525.az/img/pics/medium/2024-11/333005_ln769xjood.jpeg Sabahın havası meteohəssas insanlar üçün əlverişsizdir - XƏBƏRDARLIQ
search
25 Mart 2025
24 Mart 2025

Vinisius Junior 1 milyardlıq təklifdən danışdı

Vinisius Junior 1 milyardlıq təklifdən danışdı

"Real"ın hücumçusu Vinisius Junior komandadan ayrılacağı barədə xəbərlərə münasibət bildirib.

QOL.az xəbər verir ki, daha əvvəl Səudiyyə Ərəbistanı klublarından birinin Vinisiusa 1 milyard avro maaş (5 illik müqavilənin toplamında) təklif etdiyi yazılmışdı.

24 yaşlı hücumçu isə Çempionlar Liqasının pley-off mərhələsinin "Mançester Siti" ilə ilk oyunundan sonra (3:2) açıqlamasında məsələ ilə əlaqədar bunları söyləyib: 

“Səudiyyə Ərəbistanından gələn təkliflər barədə bunu deyə bilərəm ki, hələ heç nə bilmirəm. Mənimlə heç kim danışıqlar aparmayıb. Klub prezidenti ilə danışmalıyam. Mən həmişə demişəm ki, arzum karyeramı “Real”da davam etdirmək və burada tarix yazmaqdır. Yaxın günlərdə "Real"la yeni müqavilə ilə bağlı danışıqları başa çatdıracağam. Ümid edirəm ki, burada uzun müddət qalacağam".

Xatırladaq ki, daha əvvəl mətbuatda Vinisiusun "Real"la müqaviləni yeniləməkdən imtina etdiyi barədə məlumatlar yayılmışdı. Səudiyyə Ərəbistanı klubları futbolçu ilə maraqlanırlar. Bildirilirdi ki, adı açıqlanmayan bir klub  Vinisius Juniora 1 milyard avro maaşla (müqavilənin bütün müddəti ərzində) 5 illik sözləşmə təklif edib. Üstəlik, Səudiyyə Ərəbistanı təmsilçisi transferə görə "Real"a 300 milyon avro ödəmək niyyətindədir.

Vinisiusun Madrid təmsilçisi ilə hazırkı müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.

Bölmənin digər xəbərləri
© 2012-2025 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.