|
|
|
|

Rusiyada 1 komandanın 2 futzalçısı eyni vaxtda vəfat edib.
525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə şənbə günü Sverdlovsk vilayətində, Verxnaya Pışma şəhərində baş verib.
"POZ Proqress" futzal komandasının 2 üzvü - 32 yaşlı Yan Juravlev və 33 yaşlı Danil Xilobok məşqdən sonra özlərini narahat hiss etməsələr də, gecə yuxuda ikən keçiniblər. Həkimlər ilkin olaraq hər iki futzalçının ölümünə ürək dayanmasının səbəb olduğunu göstəriblər.
Qeyd edək ki, hər iki idmançı evli idi. Onların ölümünün əsl səbəbi pataloq-anatomların rəyindən sonra bilinəcək.
L.Tağıyeva



