https://525.az/img/pics/medium/2026-02/383391_y481p9y3zc.jpg Ölkə ərazisinin bəzi yerlərində yağış yağıb - FAKTİKİ HAVA
https://525.az/img/pics/medium/2026-02/383873_4vv2i4zae6.jpg İmişlidə zəlzələ olub
https://525.az/img/pics/medium/2026-07/396407_dex54yicz8.jpeg ABŞ səfirliyi Azərbaycana təşəkkür edib
https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
search
6 İyul 2026
5 İyul 2026
4 İyul 2026

"Real" ÇL -in tarixinə bu rekordla düşdü

"Real" ÇL -in tarixinə bu rekordla düşdü

"Real" Çempionlar Liqasında unikal nəticəyə nail olub.

QOL.az xəbər verir ki, Madrid təmsilçisi ötən gecə pley-off mərhələsinin cavab görüşündə "Mançester Siti"ni məğlub edib - 3:1. "Real" 1 həftə əvvəl ilk oyunda da rəqibinə qalib gəlib - 3:2. Karlo Ançelottinin komandası ümumilikdə 6:3 hesablı qələbə ilə 1/8 finala vəsiqə qazanıb.

Beləliklə, "Real" ardıcıl 22-ci dəfə turnirin 1/8 finalına yüksəlib. "Opta Sport"un yaydığı məlumata görə, bu, ÇL tarixinin rekordudur. Daha əvvəl heç bir klub yarışda ardıcıl 22 dəfə 1/8 finala adlamayıb.

Xatırladaq ki, "Real"dan başqa "Feyenoord", "Brügge", "Bavariya", "Benfika", "Borussiya" (Dortmund), PSJ və PSV də pley-offdan 1/8 finala yüksəlib. Bu mərhələyə birbaşa vəsiqə qazanan komandalar isə "Liverpul", "Barselona", ​​"Arsenal", "İnter", "Atletiko", "Bayer", "Lill" və "Aston Villa"dır.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.