https://525.az/img/pics/medium/2026-02/383391_y481p9y3zc.jpg Ölkə ərazisinin bəzi yerlərində yağış yağıb - FAKTİKİ HAVA
https://525.az/img/pics/medium/2026-02/383873_4vv2i4zae6.jpg İmişlidə zəlzələ olub
https://525.az/img/pics/medium/2026-07/396407_dex54yicz8.jpeg ABŞ səfirliyi Azərbaycana təşəkkür edib
https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
search
6 İyul 2026
5 İyul 2026
4 İyul 2026

Messidən avtoqraf istəyən hakim cəzalandırıldı

Messidən avtoqraf istəyən hakim cəzalandırıldı

Şimali, Mərkəzi Amerika və Karib hövzəsi Futbol Konfederasiyaları (CONCACAF) "İnter Mayami"nin futbolçusu Lionel Messidən avtoqraf istəyən hakim Marko Antonio Ortis Navanı cəzalandırıb.

QOL.az xəbər verir ki, bu barədə CONCACAF-ın mətbuat xidməti məlumat yayıb.

Ortis Nava "İnter Mayami"nin Çempionlar kubokunda ABŞ-ın digər təmsilçisi "Sportinq Kanzas Siti" ilə matçı bitəndən sonra Messiyə yaxınlaşıb və ondan avtoqraf istəyib.

Buna görə o, intizam cəzası ilə üzləşib. Cəzanın konkret nədən ibarət olduğu açıqlanmayıb.

CONCACAF-ın bununla bağlı yaydığı açıqlamada bildirilib: "Hakimin hərəkəti ədalət təmsilçilərinin davranış kodeksinə uyğun gəlmir. O, səhvini etiraf edib, üzr istəyib və tətbiq olunan intizam tədbirlərini qəbul edib".

Meksikalı referi isə verdiyi açıqlamada avtoqrafı xüsusi ehtiyacı olan bir ailə üçün istədiyini bildirib.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.