https://525.az/img/pics/medium/2026-02/383391_y481p9y3zc.jpg Ölkə ərazisinin bəzi yerlərində yağış yağıb - FAKTİKİ HAVA
https://525.az/img/pics/medium/2026-02/383873_4vv2i4zae6.jpg İmişlidə zəlzələ olub
https://525.az/img/pics/medium/2026-07/396407_dex54yicz8.jpeg ABŞ səfirliyi Azərbaycana təşəkkür edib
https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
search
6 İyul 2026
5 İyul 2026
4 İyul 2026

Azərbaycanın futbol millisinin hədəfi qrup birinciliyidir

Azərbaycanın futbol millisinin hədəfi qrup birinciliyidir

Azərbaycanın qadın futbolçulardan ibarət millisinin baş məşqçisi Siyasət Əsgərov UEFA Millətlər Liqasının 1-ci turu çərçivəsində Bakıda Monteneqro ilə heç-heçə etdikləri matç (0:0) haqqında danışıb.

525.az AFFA-nın saytına istinadən xəbər verir ki, o, heyətdəki itkilərin və hava şəraitinin planlarına təsir etdiyini söyləyib:

“Çox önəmli oyuna çıxmışdıq. Çətin mübarizə olacağını gözləyirdik. Çünki rəqib çox keyfiyyətli komanda idi. İşimizi çətinləşdirən məqamlardan biri də heyətimizdə itkilərin olması idi. Həm zədəli, həm də cəzalı oyunçumuz var idi. Həmçinin qeyri-sabit hava şəraiti də hər iki komandaya çətinlik yaratdı. Oyun öncədən nəzərdə tutulan vaxtdan iki saat gec başladı. Bərabər səviyyədə mübarizə izlədik. Hər iki komandanın fərqlənmək üçün şansları oldu. Düşünürəm ki, bu matçda heç-heçə ədalətli nəticə oldu”.

Baş məşqçi milliyə yeni çağırılan oyunçulardan razı qaldığını deyib: “Qızlar xarakter göstərdilər, sona qədər mübarizə apardılar. Meydana çıxan futbolçular müxtəlif səbəblərdən komandada olmayanları layiqincə əvəzlədilər. Məsələn, qapıçımız Nərgiz Əliyeva ilk dəfə rəsmi matçda start heyətində çıxış edirdi. Onun performansını çox bəyəndim. Ümumi götürdükdə komandamız çox yaxşı mübarizə apardı”.

Siyasət Əsgərov məqsədlərinin qrupu birinci pillədə bitirmək olduğunu vurğulayıb: “Artıq qarşıdakı oyun barədə düşünəcəyik. Qrupda daha 3 matçımız olacaq. İstəyimiz həmin görüşlərdə hədəflədiyimiz xalları qazanaraq, B Liqasına yüksəlməkdir”.

Qeyd edək ki, C Liqasının 4-cü qrupunda yer alan millimiz növbəti oyununu aprelin 4-də səfərdə Litva yığmasına keçirəcək.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.